EN

Serxio Ramos onu ən yaxşı futboçu hesab edir

İspaniya millisinin və Madrid “Real”ınım keçmiş mərkəz müdafiəçisi Serxio Ramos ən yaxşı futbolçu ilə bağlı fikrini açıqlayıb.

Arena.az xəbər verir ki, futbolçu karyerasının böyük bir qismini “Real”da, portuqal ulduz hücumçu Kristiano Ronaldo ilə keçirmiş Ramos, argentinalı ulduz hücumçu Lionel Messini fərqləndirib.

“Mən, bir neçə il Messiyə qarşı oynayaraq, əziyyət çəkmişəm. İndi isə mən ondan zövq alıram. O, nə vaxtsa futbol oynamış ən yaxşı oyunçudur”, deyə Serxio Ramos vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümündə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
33
1
arena.az

2Sources