EN

Siyəzəndə gənc oğlan bıçaqlandı - Saxlanılan var

Martın 1-də saat 20 radələrində Siyəzən rayonunda 1999-cu il təvəllüdlü K.İsmiyev 2007-ci il təvəllüdlü T.Quliyevə aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov "Ölkə.az"a bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
32
8
olke.az

9Sources