EN

"Barkod Electronics" işçi axtarır - VAKANSİYA

Barkod Electronics

Daxili nəzarət \ audit

Son tarix 26 mar 2025 [email protected]

Elanın təsviri

  • Ərazi: Bakı
  • Maaş: Razılaşma 
  • Yaş: 18 — 30 yaş
  • Təhsil: Ali və ya orta təhsil
  • İş rejimi: Tam iş günü (6 gün)
  • Müqavilə: Əmək müqaviləsi

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
  • Daxili Audit Departamenti rəhbərinin tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Vergi Məcəlləsi üzrə biliklərin olması;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil;
  • Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili və rus dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
  • SAP üzrə biliklər.

Göstərilən tələblərə cavab verən şəxslərin və yalnız Bakıda yaşayan xanım namizədlərin  CV-lərini “Daxili nəzarət, audit” başlığı ilə elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Chosen
35
6
fed.az

7Sources