Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Adana Dəmirspor” – “Bodrumspor” matçında qapılara qol vurulmayıb. “Beşiktaş” isə “Konyaspor”la ev oyunundan 2 cavabsız qolla qalib ayrılıb.
26-cı turun qalan görüşləri martın 2-də və 3-də keçiriləcək.
Türkiyə, Super Liqa
26-cı tur
1 mart
Adana Dəmirspor – Bodrumspor 0:0
Beşiktaş – Konyaspor 2:0
Qollar: Joao Mario, 45. Semih Kılıçsoy, 90+7-pen.
2 mart
14:30. Rizəspor – Alanyaspor
17:00. Kasımpaşa – Qalatasaray
21:30. Fənərbaxça – Antalyaspor
3 mart
17:00. Qaziantep – Eyüpspor
17:00. Konyaspor – Trabzonspor
21:30. Başakşəhər – Sivasspor
21:30. Göztəpə – Samsunspor