EN

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT - VAKANSİYA

Zeytun Pharmaceuticals

Maliyyə üzrə Şöbə Müdiri

Son tarix 24 mar 2025 - Müraciət et

Tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Təcrübə: minimum 5 il (maliyyə təhlili sahəsində);
  • Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
  • Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;

Vəzifə öhdəliki:

  •  Layihələrin iqtisadi hesablamalarının aparılması;
  • Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət;
  • Gömrük və idxal rüsumlarının işlənməsinin yoxlanılması;
  • Nəqliyyat reyestrinin işlənməsinə və xərclərə nəzarət;
  • Sistemdə təsdiqlənmiş düzəlişlərin aparılması;
  • Müxabirləşmələrin düzgün gedişinin yoxlanması və düzəlişi;
  • Təchizatlardan daxil olmaların və ödənişilərin yoxlanması;
  • Hesab qalıqlarının yoxlanması;
  • Mədaxil və silinən malların qarşılıqlı yoxlanması uyğun düzəlişlərin icrası;
  • Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması;
  • Satışın mənfəətliliyinin araşdırılması və düzəlişi;
  • Sifarişlərin maya dəyərinin hazırlanması və satış qiyməti təklifinin verilməsi;
  • Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişikliyi hesabatını hazırlamaq və qiymət artımı səbəbini araşdırmaq;
  •  Analitik hesablamaların hazırlanması;
  • Satış və satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
  • İtkilərin və izafi xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;
  • Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası;
  • Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili;

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 3000-3500 AZN (Namizədin təcrübəsində asılı olaraq)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Chosen
64
6
fed.az

7Sources