EN

DYP əməkdaşları yollarda yaranan fəsadların aradan qaldırılmasında zəruri tədbirlər görürlər

Bakı. Trend:

Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötəngündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır.Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıqərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlamasısürüşmə ehtimalını artırır.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, DYP əməkdaşlarıaidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadlarınaradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsizhərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlərgörür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonuavtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərəalaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlamaehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız,mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı,təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşımafəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsizmarşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

Chosen
55
az.trend.az

1Sources