EN

Xankəndidə tikiş fabriki fəaliyyət göstərir - İşçilər təəssüratlarını bölüşdülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına əsasən, Xankəndidə tikiş fabriki yaradılıb.
Qeyd edək ki, həmin fabrikdə 800 iş yeri yaradılacaq. Hazırda isə fabrikdə 300 nəfər işlə təmin olunub.
Tikiş fabrikinin baş texnoloqu Dilfuzə İbrahimovanın sözlərinə görə, bura Özbəkistandan gəlib. O, işçilərin fəaliyyətindən məmnun olduğunu bildirib: "Fabrikə 2-3 ay öncə gəlmişəm. 14 ildir ki, dərziliklə məşğulam. Təcrübələrimə əsasən deyə bilərəm ki, bu fabrikin gələcəyi çox gözəl olacaq".
"Bura Ağdamdan gəlirəm, 5 aydır ki, tikiş fabrikində çalışıram. İşimi çox sevirəm", - fabrikin işçilərindən biri söyləyib.
Chosen
43
oxu.az

1Sources