EN

“Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalında

Bu gün futbol üzrə İngiltərə Kubokunun 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Mançester Siti” doğma meydanda qarşılaşdığı “Plimut”u əzmkar qələbə sayəsində mübarizədən kənarlaşdırıb. “Kristal Pelas” “Milluol”u, “Preston” da “Börnli”ni məğlub edib. “Bornmut” – “Vulverhempton” matçının taleyini isə penaltilər həll edib. 11 metrlik zərbələrdə daha dəqiq olan “Bornmut” 1/4 finalda iştirak hüququ qazanıb.

Daha öncə “Aston Villa” da “Kardiff Siti” ilə ev oyununda inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlmişdi.

İngiltərə Kubokunun 1/8 final mərhələsinin qalan oyunları martın 2-də və 3-də keçiriləcək.

İngiltərə Kuboku
1/8 final
28 fevral

Aston Villa – Kardiff Siti 2:0
Qollar: Marko Asensio, 68; 80.

1 mart

Kristal Pelas – Milluol 3:1
Qollar: Tanqanqa, 33-öz qapısına. Munyos, 40. Nketia, 81 – Hardinq, 45+13.

Preston – Börnli 3:0
Qollar: Breydi, 31. Osmayiç, 44. Kin, 73.

Bornmut – Vulverhempton 1:1 (penaltilər 5:4)
Qollar: Evanilson, 30 – Kunya, 60.

Mançester Siti – Plimut 3:1
Qollar: O’Rayli, 45+1; 76. De Bruyne, 90 – Talovyerov, 38.

2 mart

17:45. Nyukasl – Brayton
20:30. Mançester Yunayted – Fulhem

3 mart

23:30. Nottingem Forest – İpsviç Taun

Chosen
63
arena.az

1Sources