EN

A Seriyası: “Napoli” və “İnter”dən hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Atalanta” – “Venesiya” matçında qapılara qol vurulmayıb. “Napoli” – “İnter” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Udineze” isə doğma meydanda qarşılaşdığı “Parma”nı tək qolla üstələyib.

27-ci turun qalan görüşləri martın 2-də və 3-də keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
28 fevral

Fiorentina – Leççe 1:0
Qol: Qosens, 9.

1 mart

Atalanta – Venesiya 0:0

Napoli – İnter 1:1
Qollar: Billinq, 87 – Dimarko, 22.

Udineze – Parma 1:0
Qol: Toven, 38-pen.

2 mart

15:30. Montsa – Torino
18:00. Bolonya – Kalyari
18:00. Cenoa – Empoli
18:00. Roma – Kmo
23:45. Milan – Latsio

3 mart

23:45. Yuventus – Verona

Chosen
30
arena.az

1Sources