EN

Litva Ukrayna ordusu üçün 20 milyon avro dəyərində silah alacaq

Vilnüs Ukrayna ordusuna təhvil vermək üçün Kiyevdən 20 milyon avro dəyərində silah alacaq.

APA xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin departament rəhbəri Dovile Şakalen ilə Ukrayna prezident aparatının nümayəndəsi Aleksandr Kamışin arasında keçirilən görüşdən sonra məlumat verilib.

"Litva Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa davam edəcək, Ukrayna hərbçiləri üçün silahlar alacaq. Bunun üçün 20 milyon avro ayrılıb. Bu investisiyaların artırılması planlaşdırılır", - deyə Şakalen bildirib.

Vilnüs həmçinin Litvada Ukrayna ilə növləri və miqdarı məxfi məlumat kimi saxlanılan silahların birgə istehsalı imkanlarını da nəzərdən keçirir.
Chosen
55
3
sherg.az

4Sources