EN

Əl-Şeyx Devisin qəzəbli ittihamına belə cavab verdi

Böyük peşəkar boks yarışlarının tanınmış təşkilatçısı Turki Əl-Şeyx yüngül çəkidə WBA çempionu Cervont Devisin ittihamına cavab verib.

"Ölkə.az" xəbər verir ki, Cervont bütün boksçuları ruhlarını səudiyyəli investora satmaqda ittiham edib.

“Dediyi hər şeyə görə Devisi günahlandırmıram, o, məni tanımır və özümü onun yerinə qoysam və Kroufordun Cervontun bütün karyerası ərzində qazandığından beş dəfə çox cəmi iki döyüşdə qazandığını görsəm, deməli, bu, onun təbii reaksiyasıdır.

Biz onun danışmağa davam etməsinə icazə verəcəyik, əla afişalar hazırlamağa davam edəcəyik və Krouford pulunu necə xərcləyəcəyi barədə düşünməyə davam edəcək”, – “The Ring” Turkidən sitat gətirib.

Devis növbəti döyüşünü martın 1-dən 2-nə keçən gecə Nyu-Yorkda keçirəcək və burada WBA super çəki dərəcəsində çempion Lamont Rouç ilə qarşılaşacaq.(publika.az)

Chosen
22
1
olke.az

2Sources