Pula ehtiyac olduğu günlərdə kənarda beş manatınızın olmadığını bilmək çox pis hisdir.
İstər az qazan, istər çox, vacib olan əldəki pulu ağıllı xərcləyə bilməkdir. Pulu xərcləyərkən ehtiyatlı davransanız hər zaman əlavə pulunuz olacaq.
Valyuta.az xəbər verir ki, aşağıdakı məsləhətlərə əməl edərək həm xərclərinizi azalda bilər, həm də alış-veriş vərdişlərinizi daha yaxşı tənzimləyə bilərsiniz:
Qayda 1: Pulu xərcləmənin əsasları
- Ən əvvəl büdcə müəyyən edin
Gəlir və xərclərinizi izləyin ki, maliyyə vəziyyətinizin dəqiq mənzərəsini görə biləsiniz. Hər hansı bir şey aldığınızda dərhal qeyd edin və ya hər alış-verişin qəbzini saxlayın. Hər ay hesablarınızı yoxlayın və bu xərcləri də büdcənizə əlavə edin.
Alış-verişlərinizi kateqoriyalar üzrə bölün (qida, geyim, əyləncə və s.). Hər ay ən yüksək məbləğ xərclədiyiniz kateqoriyanın hansı olduğunu tapın və bu kateqoriyadakı xərcləri azaltmağa çalışın. Bir müddət xərclərinizi izlədikdən sonra hər kateqoriya üçün aylıq və ya həftəlik büdcə müəyyən edin. Bu büdcələrin ümumi cəmi, aylıq gəlirinizdən daha az olmalıdır ki, kənara biraz pul qoya biləsiniz.
- Alış-veriş etməzdən əvvəl planlaşdırın
Düşünmədən verdiyiniz ani qərarlar xərclərinizi artırar. Evdə vaxtınız olduğu zaman ehtiyacınız olan məhsulların siyahısını hazırlayın.
Alış-verişə çıxmadan əvvəl bazarda qiymətləri yoxlayın. Eyni məhsul kateqoriyasında fərqli qiymətlər təklif edən alternativləri və satıldığı mağazaları qeyd edin. Heç bir şey almadan evə dönün və nələr almalı olduğunuza sakit bir şəkildə qərar verin. Mağazada keçirdiyiniz vaxt nə qədər az olsa və məqsədə nə qədər fokuslansanız, bir o qədər az pul xərcləyərsiniz. Alış-veriş etməzdən əvvəl hər şey üçün ciddi bir qərar verdiyinizi düşünün və daha ağıllı seçimlər edin.
- Alış-veriş həyəcanına qapılmayın
Alış-veriş etmədən əvvəl ətraflı hesab etmək nə qədər məntiqlidirsə, alış-veriş zamanı ani qərarlar vermək də bir o qədər zərərlidir. Alış-veriş zamanı yanlış qərar verməmək üçün vaxt keçsin deyə mağazalarda dolaşmayın. Sadəcə alış-veriş etmək əyləncəli olduğu üçün bir şeylər alırsınızsa, nəticədə çox sayda lazımsız əşyalarınız olur.
Bundan başqa alkoqol və ya yuxusuzluq, düzgün qərar vermə qabiliyyətinizə mənfi təsir edir. Əgər ehtiyac siyahınıza əməl etməkdə çətinlik çəkirsinizsə, ac ikən alış-veriş etməyin və ya yüksək səslə musiqi dinləməyin.
- Alış-verişə tək gedin
Alış-veriş etməyi sevən dostlar, uşaqlar və ya hətta zövqünə güvəndiyiniz əlavə bir nəfər də sizi çox pul xərcləməyə vadar edə bilər.
Satıcılardan məsləhət almaqdan çəkinin. Əgər öyrənmək lazım olan şeylər varsa, onlarla söhbət edin, ancaq alış-verişlə bağlı hər hansı bir təklifə qulaq asmayın. Əgər sizi mağazada tək qoymurlarsa, mağazadan çıxın və qərarınızı vermək üçün başqa bir zaman geri gəlin.
- Ödəmələrinizi tamamilə nağd edin
Kredit kartları və nağd kartlar iki səbəbdən çox xərcləməyə səbəb olur: Çünki əskinaslara toxunmadığınız üçün normalda sahib olduğunuzdan çox pul xərcləyirsiniz. Eynilə, taksit kimi seçimlər sizi borca salır və bir müddət sonra xərclədiyiniz pulu izləyə bilmirsiniz.
Bundan başqa ehtiyacınızdan artıq pul daşımayın. Əgər yanınızda əlavə pul olmazsa, xərcləyə bilməzsiniz. Hər ehtiyacınız olduqda nağd pul çəkmək yerinə, həftəlik büdcənizi bir dəfəlik bankomatlardan çəkin.
- Marketinq tələlərinə düşməyin
Pulu hara xərclədiyimizi böyük ölçüdə xarici faktorlar müəyyən edir. Ağıllı davranın və sizə bir məhsula yönləndirən bütün səbəblərin fərqində olun.
Reklamlar əsasında heç bir məhsul almayın. İstər televizor reklamı olsun, istərsə də diəgr məhsullarla bağlı bütün reklamlara şübhə ilə yanaşın. Bunlar sizə pul xərclətmək məqsədilə hazırlanmış şeylərdir və məhsul xüsusiyyətləri ilə seçimlərinizi tam doğru şəkildə əks etdirməyə bilər.
Sadəcə endirimə girdiyi üçün heç nə satın almayın. Əgər artıq alacaq bir məhsulunuz varsa, endirim kampaniyaları çox faydalıdır. Amma ehtiyacınız olmayan bir şeyi yalnız %50 endirimi var deyə almaq israfdır.
- Endirim və kampaniyaları gözləyin
Təcili olaraq almanız lazım olmayan, amma hər halda alacağınız bir məhsul varsa, o məhsul ucuzluq sepetinə düşənə qədər gözləyin.
Mütləq almağınız lazım olan bir məhsul üçün endirim kuponu istifadə edin. Hətta mümkünsə, o məhsul uzun müddətdir almanız istədiyiniz bir məhsul olsun. Endirimə düşdüyü üçün lazımsız şeylər almaq, bir çox müştərinin qarşılaşdığı bir vəziyyətdir.
Qayda 2: Geyim xərcləri
- Həqiqətən ehtiyacınız olan paltarları alın
Şkafınızı açıb paltarlarınızı diqqətlə gözdən keçirin. Heç geymədiyiniz və artıq üzərinizə olmayan paltarları başqalarına verin və ya satın.
Şkafınızı lazımsız paltarlardan təmizləmisiniz, amma dərhal yenilərini almayın. Bu düzəlişin məqsədi şkafınızdakı hansı paltarlardan kifayət qədər olduğuna qərar vermək və almanız lazım olanları müəyyən etməkdir.
- İkinci əl mağazalarından alış-veriş edin
İkinci əl paltar satan dükanlarda çox yaxşı keyfiyyətli məhsullar tapmaq mümkündür. Eyni markanın bəzi məhsullarını daha münasib qiymətə ala bilərsiniz. Əgər ikinci əl mağazasında aradığınız məhsulu tapa bilmədinizsə, daha ucuz və sıradan bir marka alın. məşhur bir dizaynerin loqosu olması o məhsulu daha keyfiyyətli etməz.
Qayda 3: Qida və içki xərcləri
- Həftəlik menyu yaradın və alış-veriş siyahınızı bu menyuya görə hazırlayın
Yeməklər üçün ayırdığınız büdcə müəyyənləşdikdə, hər yeməkdə nə yeyəcəyinizi əvvəldən qərarlaşdırın və market alış-verişinizi bu plana görə edin.
Bu sayədə həm hər gördüyünüzü almaqdan qaçmış olarsınız, həm də ehtiyacdan artıq qidanın israfından qorunarsınız. Yeyinti israfı bir çox insan üçün ciddi bir xərcə səbəb olur. Əgər tez-tez qida israfı edirsinizsə, bişirdiyiniz yemək miqdarını azaldın.
- Qida xərclərinizi azaltmanın yollarını öyrənin
Bazarlarda və market alış-verişində qənaət etmənin bir çox yolu var. Məsələn, paketlənməmiş, açıq satılan qidalar daha ucuzdur. Bundan başqa bəzi məhsulların endirimli satıldığı saatları izləyə bilərsiniz.
- Restoranlarda yemək yeməyi azaldın
Restoranda yemək, evdə yemək bişirməkdən qat-qat baha olur. Xüsusən pula qənaət etməyə çalışan insanlar çöldə yemək yemədən əvvəl diqqətli qərar verməlidir.
Məktəbə və ya iş yerinizə evdə hazırladığınız qəlyanaltıları aparın.
Qayda 4: Pul yığmaq
- Pul yığın
Pulu yığmağa gedən yol, xərcləmə vərdişlərinizi tənzimləməkdən keçir. Hər ay müəyyən bir məbləği toplayaraq, hesabınıza yatırmaq və ya faiz gətirən etibarlı investisiyalar üçün ayırmaq məqsəd qoyun. Hər ay nə qədər çox pul yığa bilsəniz, ümumi maliyyə vəziyyətiniz bir o qədər sağlam olacaq. Pula qənaət etməyiniz üçün pis günlər üçün ayırdığınız bir hesab olsun. Ekstra ödənişlərdən, bahalı vərdişlərdən qaçın. Siqaret asılılığı, həddindən artıq alkoqol istehlakı, qumar kimi vərdişləri həyatınızdan çıxartmaq həm sağlamlığınıza, həm də cibinizə yaxşı olar.
- Lazımsız şeylər almayın
Bir məhsulu almaqda tərəddüd edirsinizsə, özünüzə aşağıdakı sualları verin. Bütün sualların cavabı "bəli" deyilirsə, o zaman həmin məhsulu almaq daha məntiqli olar.
- Hobbilərinizi azaldın
Əgər idman salonuna üzv olmusunuz və heç getmirsinizsə, üzvlüyünüz bitdikdən sonra yenidən yenilənməyin. Həddindən artıq kolleksioner oldugunuz zamanla marağınızı itirmişsinizsə, kolleksiyanın tamamını alın.
Davud