Birləşmiş Ştatların Prezidenti Donald Tramp ingilis dilini ABŞ-ın rəsmi dili kimi tanıyan fərman imzalayıb.
Publika.az xəbər verir ki, sənədin mətnini Ağ Evin Mətbuat xidməti yayıb.
“Bu sərəncam ingilis dilini ABŞ-nin rəsmi dili kimi müəyyən edir”, - sənəddə deyilir.
"Müstəqillik Bəyannaməsi və Konstitusiya da daxil olmaqla, tarixi idarəedici sənədlərimiz ingilis dilində yazılıb. Buna görə də ingilis dilinin ABŞ-nin rəsmi dili elan edilməsi çoxdan zəruridir", - fərmanda deyilir.
Görülən tədbirlərin ölkə vətəndaşları üçün birliyə və ortaq Amerika mədəniyyətinin formalaşmasına təkan verəcəyi vurğulanır.