EN

Tramp ingilis dili ilə bağlı fərmanı imzaladı

ABŞ Prezidenti Donald Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi təyin edən fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, icra sərəncamı federal maliyyə alan dövlət qurumlarına və təşkilatlara ingilis dilindən başqa dillərdə sənədlərin və xidmətlərin göstərilməsinə davam edib-etməməyi seçmək imkanı verir.

O, keçmiş prezident Bill Klintonun federal maliyyə alan hökumət və agentliklərdən ingiliscə bilməyənlərə dil dəstəyi verməsini tələb edən sərəncamını ləğv edib.

Qərarda deyilir ki, “İngilis dilinin rəsmi dil kimi təyin edilməsi yalnız ünsiyyəti asanlaşdırmaqla yanaşı, ümumi milli dəyərləri gücləndirəcək, daha ahəngdar və səmərəli cəmiyyət yaradacaq”.

Chosen
26
2
qafqazinfo.az

3Sources