EN

"Ruh bədəni tərk edir"

Elm adamları son araşdırmalarında klinik olaraq ölmüş xəstələrin beyin fəaliyyətini araşdırıblar.

News24.az xəbər verir ki, tədqiqat zamanı ömrünə cəmi bir neçə dəqiqə qalmış yeddi xəstənin beyninə kiçik sensorlar yerləşdirilib. Mürəkkəb cihazlar həyati funksiyalar sıfıra enənə qədər hər bir xəstənin qan təzyiqi və ürək döyüntüsünü ölçüb.

Mütəxəssislər, ölüm ayağında olan bir xəstənin beynində "qan təzyiqi" və ya "ürək ritmi" olmayan bir enerji partlayışının, ölümdən sonra ruhun bədəni tərk etdiyinə sübut ola biləcəyini irəli sürürlər. Arizona Universitetindən Dr Stuart Hameroff qeyd edib ki, kliniki olaraq ölən xəstələrlə bağlı işində elektroansefaloqramma (EEQ) sensorları tərəfindən ölümdən sonra qəribə enerji partlayışları qeydə alınıb.

Hameroff, "Hər şeyin getdiyi, qan təzyiqi və ürək döyüntüsü olmadığı anda bu partlayış baş verdi" deyə bildirir. O, qamma sinxronizasiyası adlanan bu beyin dalğası fəaliyyətinin xəstənin klinik olaraq ölməsinə qədər "30-90 saniyə" davam etdiyini vurğulayıb.

Hameroff, şüurun digər beyin fəaliyyətlərindən daha az enerji istehlak edə biləcəyini və "daha dərin səviyyədə" mövcud ola biləcəyini müdafiə edir və bunu şüurun bədəni tərk etməsi ilə əlaqələndirir.

Bundan əlavə, narkotiklərin psixi sağlamlığa təsirlərini araşdıran Dr. Robin Lester Carhart-Harrisin araşdırmasına istinad edərək, MRT-nin koma vəziyyətində olan subyektlərdə beyin fəaliyyətini göstərmədiyini söyləyib.

Bu tapıntılar ölüm və şüurla bağlı müzakirələrə yeni bir rəng qatacağını, elm adamları bu sahədə araşdırmaların davam edəcəyini vurğulayıblar. /sherg.az


Chosen
50
1
news24.az

2Sources