EN

"Blue Ghost" kosmik gəmisi Aya eniş edəcək

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə "NASA"dan məlumat verilib.

Aya eniş ABŞ şərq sahilləri vaxtı ilə saat 03:34-ə planlaşdırılıb. Modulun Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.

Aya eniş aparatı yanvarın 15-də "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılıb. Kosmik gəmi Ay haqqında bilikləri inkişaf etdirməyə və gələcək insanlı missiyalara hazırlaşmağa kömək edəcək 10 "NASA" tədqiqat alətini daşıyır.

Milli.Az

Chosen
32
2
milli.az

2Sources