EN

Ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-aolan məlumatına əsasən ölkə ərazisində şaxtalı hava şəraitimüşahidə olunur. Yağıntılar səhər saatlarından kəsilib.

Qurumdan Trend-ə verilən məlumata görə, yağan qarın hündürlüyüZaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45,Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan vəİsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu vəDaşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11,Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6,Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda2, Sədərəkdə 1 sm-dir.

Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub,görünüş məsafəsi 1000 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında,eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıqrayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.

Chosen
40
48
az.trend.az

10Sources