EN

TƏBİƏTİN və CƏMİYYƏTİN GƏLƏCƏYİ(“Qısa qeydlər” silsiləsindən)

Filosof deyir ki, həyat mürəkkəb zülali maddələrin sadə hərəkət formasıdır. Bütün bəzəkli ifadələri kənara qoysaq, həyat Təbiət tərəfindən canlılara nəsil vermək üçün verilən bir imkandır, zamandır. Amma bunun üçün həyatı yaşamaq və uğrunda mübarizə aparmaq lazımdır. Təbiətdə azadlıq, rəqabət mütləqdir, mübarizə azad seçimdir, bir qayda olaraq, daha güclülər, daha cəsarətlilər, daha ağıllılar qalib gəlir. Deməli, daha sağlam, daha güclü nəsil yetişir. Odur ki, təbiətin bu günü dünənindən, sabahı bu günündən daha parlaq, daha işıqlıdır...

İnsan canlıların alisi olaraq, getdikcə təbiətdən, deməli həm də azadlıqdan daha çox uzaqlaşır. İnsan cəmiyyəti təbiətin qanunları ilə yox, öz qanunları ilə yaşayır, faktiki olaraq, azadlığı buxovlayır, rəqabətin əl-qolunu bağlayır. Cəmiyyətdə güclü olmaq üçün hətta ağıl, cəsarət yox, əlaqələr, var-dövlət gərəkdir. Burda sağlamlıq, qəhrəmanlıq ikinci dərəcəlidir, çünki həyat – nəsil vermək uğrunda mübarizə azad seçim deyildir. Kimin əlaqələri böyüksə, var-dövləti çoxsa, o da qalib gəlir. Deməli, sağlam, güclü yox, xəstə nəsil yetişir və bu xəstəlik getdikcə dərinləşir. Odur ki, təbiətdən fərqli olaraq, cəmiyyətin gələcəyi qaranlıqdır və bu qaranlıq getdikcə qatılaşır...

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Chosen
164
23
Demokratikmusavat.com

10Sources