Azərbaycan şahmatçıları Moskvada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar.
Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turnirinə start verilib.
"Operativ Media" xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edərək yarışa qələbəylə başlayıb. Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.
Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.