EN

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlı dəstələrlə toqquşub

Suriya təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları Dəməşq ətrafında silahlı dəstə üzvləri ilə toqquşub. Bu barədə Suriya telekanalına regional daxili işlər idarəsinin rəisi, polkovnik Hussam əl-Tahan məlumat verib.

"Paytaxt ətrafında polis patruluna hücumdan sonra atışma baş verir, nəticədə bir zabit ölüb, onu müşayiət edən zabit girov götürülüb", - o deyib.

Əl-Tahanın sözlərinə görə, banda paytaxtın kənarında gizlənən və vaxtaşırı silahlı hücumlar həyata keçirən keçmiş rejimin tərəfdarları ilə bağlıdır. "Hadisədə iştirak edənlərin təqib edilməsi istiqamətində əməliyyat aparılır, bütün cinayət ünsürləri saxlanılacaq", - o, əmin edib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
45
oxumeni.az

1Sources