EN

Rusiya və ABŞ "Şimal axını 2"ni yenidən işə salmağa hazırlaşır - KİV

Rusiya və ABŞ "Şimal axını 2" qaz kəmərini yenidən işə salmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən yazıb.

Qəzet iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Matias Varniq amerikalı investorların dəstəyi ilə Rusiyanın “Şimal axını 2” qaz kəmərinin Avropada yenidən işə salınması layihəsini hazırlayır.

Sövdələşməyə vasitəçilik səylərinə rəhbərlik edən Matias Varnik əvvəllər “Şimal axını 2”nin baş icraçı direktoru olub.

Qəzetin mənbələri bildiriblər ki, Varniqin planı Ukraynadakı münaqişənin sona çatmasına kömək etmək üçün göstərilən səylərin pərdəarxasında amerikalı iş adamları vasitəsilə ABŞ-ın yeni prezident administrasiyası ilə işləməkdən ibarət idi. Söhbət həm də Rusiya ilə ABŞ arasında iqtisadi əlaqələrin dərinləşməsindən gedir. Məlumata görə, ABŞ amerikalı investorların cəlb edilməsi təşəbbüsündən xəbərdardır və bunu Moskva ilə münasibətləri bərpa etmək səylərinin bir hissəsi kimi qiymətləndirir.

Eyni zamanda, Avropanın yüksək rütbəli rəsmiləri son həftələrdə “Şimal axını 2” layihəsi ilə bağlı müzakirələrdən xəbərdar olublar. Mənbələr bir sıra Avropa liderlərinin “narahat olduqlarını və məsələni müzakirə etdiklərini” bildiriblər.

Chosen
39
5
publika.az

6Sources