Neymar uzun müddət sonra Braziliya milli komandasına dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, hazırda "Santos"un formasını geyinən 33 yaşlı hücumçu Dünya Kubokunun Cənubi Amerika Futbol Konfederasiyası üzrə (CONMEBOL) seçmə mərhələ qarşılaşmaları üçün təlim-məşq toplanışına çağırılıb. 

"Sambaçı" millidə son oyununu 18 oktyabr 2023-cü ildə Uruqvaya qarşı keçirmiş, həmin qarşılaşmada ciddi zədələnmişdi.

Qeyd edək ki, Braziliya yığması martın 21-də Kolumbiya, 26-da Argentina millisi ilə üz-üzə gələcək.