EN

"Atletiko" "Atletik"in beş aylıq seriyasına son qoydu

"Atletiko Madrid" La Liqada "Atletik Bilbao"nun məğlubiyyətsizlik seriyasına son qoyub. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 26-cı turun ev oyununda (1:0) Xulian Alvaresin 66-cı dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb. 

"Opta"nın məlumatına görə, bu, "Atletik"in La Liqada ötən ilin oktyabr ayının əvvəlində "Jirona" ilə matçdakı (1:2) uğursuzluqdan sonra üzləşdiyi ilk məğlubiyyət olub. Ernesto Valverdenin yetirmələri bu müddətdə liqada 17 oyundur ki, məğlub olmurdu. 

"Atletik" 48 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Atletiko" 56 xalla birinci, bir oyun az keçirən "Barselona" (54) ikinci yerdədir.

Mirağa

Chosen
23
fanat.az

1Sources