EN

"Spinozanın Tanrısı" filmində heç kim dini baxışına görə tənqid olunmayıb - AÇIQLAMA/VİDEO

"Spinozanın Tanrısı" filmi sosial şəbəkələrdə gündəm olub.

Fevralın 27-i qala gecəsi baş tutan "Spinozanın Tanrısı" filmi sosial şəbəkələrdə gündəm olub.

"Operativ Media" xəbər verir ki, filmlə bağlı çoxsaylı paylaşımlar edilib. Bəzi media resurslarında isə filmdə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun dindar olmasına görə tənqid edilməsi iddia edilib.

Məsələ ilə bağlı filmin ssenari müəllifi və Baş prodüseri Rəsul Allahverdiyev "Operativ Media"ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Bu yalnış anlaşılma həssas məsələ olduğuna görə münasibət bildirmək istəyirəm.

27 fevral təqdimatı olan, "Spinozanın Tanrısı" filimində heç bir futbol adamı dini baxışlarına görə tənqid olunmayıb, din mövzusu ümumiyyətlə qabardılmayıb.

Sadəcə epizodlardan birində, məşqçi Tofiq Qurbanov (obraz) cəmiyyətin, futbol ictimaiyyətinin dilindən "o biri Qurbanov da gəldi, dedilər ki, dindardı" deyə şikayətlənir. Onun məşqçi dostu Saleh isə, "guya" bütün dindar oyunçuları yığdı başına" replikası ilə həmin dövrdə yaranmış real, ironik vəziyyətə işarə edir, onu pisləyir. Həmin epizodda əsas diqqət çəkilən mövzu isə azərbaycanlı məşqçi Tofiqə yetəri qədər etimad göstərilməməsi, əvəzində xarici məşqçilərə güvənilməsidir.
Məğz ondan ibarətdir ki, mən Qurbanov ateist, o biri Qurbanov dindar - belə şeylərə görə təzyiqlərə məruz qaldıq. Xarici məşqçilərin dini, mənsəbi haqda isə heç kimə maraqlı deyil"- deyə o qeyd edib.

Xatırladaq ki, "Spinozanın Tanrısı" filmi 28 fevraldan etibarən bütün kinoteatrlarda yayımlanır.

Gündəm olan məsələyə dair eksklüziv görüntüləri təqdim edirik:

Chosen
41
operativmedia.az

1Sources