EN

Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib

Xankəndi,

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Reyting.az
-ın xəbərinə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd və Xocalı 1 nömrəli orta məktəblərində təşkil olunub.

Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagirdin iştirak etdiyi bildirilir. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Chosen
143
31
reyting.az

10Sources