EN

Millimiz master-klass keçdi

Xizək alpinizmi üzrə Azərbaycan milli komandası Tufandağ Qış-Yay Turizm Mərkəzində təlim-məşq toplantısı çərçivəsində turizm mərkəzinin heyətinə xizək alpinizmi üzrə master-klass və təlimlər keçib.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidməti yayıb. 

Hazırlığa qatılan iştirakçılar xizək alpinizmi haqqında nəzəri biliklər əldə edib.

Onlar, həmçinin texniki bacarıqlarını inkişaf etdirib, o cümlədən bu idman növünün çətinlik dərəcələrini öyrəniblər.

Qeyd edək ki, təlimlərə 20-dən artıq iştirakçı qatılıb.

Chosen
36
fanat.az

1Sources