EN

Türkiyəli futbolçuya 100 milyon qiymət qoyuldu

“Yuventus”un futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi” Türkiyə millisinin vingeri ilə maraqlanır.

London təmsilçisi 19 yaşlı ön xətt oyunçusu üçün qarşı tərəf 80 milyon avro ödəməyə hazırdır. İtaliya klubu isə onun keçidindən ən azı 100 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Kənan Yıldız “Yuventus”a 2022-ci ilin yayında “Bavariya”dan keçib. O, bu mövsüm Turin təmsilçisinin heyətində 39 oyunda 6 qol, 4 assistlə yadda qalıb.

Chosen
16
msport.az

1Sources