"Bavariya" klubu Coşua Kimmix ilə vidalaşmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi 30 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmağa qərar verib.
Kimmix də tezliklə qərarını verəcək və seçimini edəcək.
Qeyd edək ki, alman futbolçu cari mövsüm Bundesliqada 23 oyun keçirib, 1 qol və 5 assistə imza atıb.