Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayonu Talış kəndi, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.
Sözügedən ərazilərdə keçirilən ilk imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.