EN

"Oscar" mərasimini gözləyənlərə son dəqiqə şoku: Ford aparıcılıqdan imtina etdi

Hollivud ulduzu Harrison Ford "Oscar" mükafatlandırma mərasiminin aparıcılığından son anda imtina edib.

Publika.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Bildirilib ki, 82 yaşlı Ford səhhətinə görə mərasimdə iştirak etməyəcək. Ona liken (dəri xəstəliyi) diaqnozu qoyulub.

Qeyd edək ki, bu gün 97-ci Akademiya Mükafatlarının təqdimat mərasimi keçiriləcək.

Chosen
47
publika.az

1Sources