AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.
Apasport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 20-dən çox şəxs cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.
İkinci Liqa: "Şəki Siti" və "Şəmkir"dən qələbə
Son dəqiqə: Azərbaycan çempionatında daha bir oyun baş tutmadı
MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq
"Qarabağ" matçının biletləri satışda