EN

Məşhur cütlük Erciyes dağında eşqə gəldi

Üç illik xoşbəxt münasibətlərini 2018-ci ildə evliliklə taclandıran Bensu Soral və Hakan Baş münasibətlərini diqqət mərkəzindən kənarda yaşamağa üstünlük verirlər.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir vaxtlar evliliklərini qara buludlar bürüyən və çətin günlərin öhdəsindən gələn məşhur cütlük tətilə çıxıb.

Qar tətili üçün Erciyes dağını seçən ər-arvad  sosial şəbəkədə çoxlu paylaşımlar edib.

33 yaşlı aktrisa Soral əri ilə çəkdirdiyi pozaları sosial platformada izləyiciləri ilə bölüşüb.


 
Cütlüyü tətildə Hande Soral, İsmail Demirci və oğulları Əli  müşayiət edib.

Digər yandan cütlük keçən ay körpə suallarına cavab vermişdi.
Soral, "İndiyə qədər ağlımız yoxdu əslində, amma belə  təəccüb içindəyik. Qismət, bu işlərə baxarıq" deyə bildirib. Hakan Baş isə, belə demişdi: "Xeyirli, inşallah olar. Birlikdə xoşbəxtik".
Chosen
54
sherg.az

1Sources