EN

Tacikistanda parlament seçkisi keçirilir

Bu gün Tacikistanda parlamentin aşağı palatasına - Ali Məclisin Nümayəndələr Palatasına seçki keçirilir.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, seçici fəallığı 50%-dən çox olduğu üçün səsvermə baş tutmuş hesab edilir.

Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00) ölkədəki 3 513 seçki məntəqəsində seçicilərin 59%-i səsvermədə iştirak edib.

Xatırladaq ki, martın 2-də Tacikistanda parlamentin aşağı palatasına, eləcə də ölkənin vilayət, şəhər, rayon və kəndlərinin qanunvericilik orqanlarına seçki keçirilir.

Chosen
43
2
hakimiyyet.az

3Sources