EN

Usman Dembele XXI əsrin məhsuldarlıq rekorduna imza atdı

Fransa Liqa 1-in 24-cü turunun “Lill” ilə ev oyunu PSJ-nin fransalı sağ cinah hücumçusu Usman Dembele üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Dembele bu oyunda Fransa nəhənginin 4:1 hesablı qələbəsinə qol və məhsuldar ötürmə ilə töhfəsini verib.

Bu, Dembelenin 2025-ci ildə vurduğu 18-ci qoldur. Müvafiq nəticə XXI əsrdə mart ayının 1-nə olan ən yaxşı gösticisi olmaqla, Avropanın aparıcı böyük futbol beşliyi ölkələrinin rekordudur.

Beləliklə, Dembele 2016-cı ilin müvafiq tarixinə qədər argentinalı ulduz hücumçu Lionel Messinin “Barselona”da oynadığı vaxt müəyyənləşdirdiyi 17 qolluq rekordu qırıb.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 18 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 5 məhsular ötürmə var.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 26 qol vurub, 6 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 75 oyun, 32 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Chosen
19
arena.az

1Sources