Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.
Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.