EN

Arina Kalugina dünya çempionatında 14-cü oldu

Macarıstanın Debresen şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatı yekunlaşıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə turnirlərdə təmsil edən yeniyetmə idmançımız Arina Kalugina yarışda iştirak edib.

Qısa və sərbəst proqram üzrə çıxış edən Arina 48 idmançı arasında 172.43 xal toplayıb. O, yekun nəticədə 14-cü yerə sahib olub.

Chosen
32
fanat.az

1Sources