EN

Biləsuvarda ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirən şəxs saxlanılıb

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Chosen
142
20
far.az

10Sources