Bundan əvvəl İsrail Ordusunun Qəzza zolağına humanitar yardımın daşınmasına mane olduğu və bütün keçid məntəqələrini bağladığı bildirilmişdi. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planınından imtinası ilə əlaqədardır. İsrail atəşkəsin bir həftə uzadılması müqabilində 5 girovun azad olunmasını və 10 meyitin təhvil verilməsini tələb edib, HƏMAS isə bunu rədd edib.