EN

Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb

Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb. 

TƏBİB-dən bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***15:02

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Chosen
56
far.az

1Sources