EN

Biləsuvarda modem alışdı - Dördotaqlı ev külə döndü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Elşad Aydın oğlu Eyvazova məxsus birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Chosen
98
17
oxu.az

10Sources