EN

Bəh-bəhlə transfer edilən sabiq "Neftçi"lidən UĞURSUZ DEBÜT

İkinci Liqada mövsümün ikinci yarısı start götürüb.

Maraqlı görüşlərdən biri Qubada baş tutub.

"Haypers Quba" doğma meydanda "Şəmkir"i qonaq edib.

3 xala sevinən tərəf Qərb təmsilçisi olub - 2:1.

Bunda Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanovun uğursuz debütü da az rol oynamayıb.

Qış fasiləsində böyük ümidlərlə şimal təmsilçisinə transfer olunan 33 yaşlı forvard ilk oyundaca komandasını pis vəziyyətdə qoyub.

"11 nömrə" matçın 38-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.

Qurbanov Azərbaycan millisinin heyətində 26 görüşdə 1 qolla yadda qalıb.

"Rostov"un yetirməsi ölkəmizdə "Neftçi", "Sumqayıt", "Qəbələ", "Keşlə" (indiki "Şamaxı"), "Zirə" və "Səbail" klublarında forma geyinib.

Ruslan ötən yay peşəkar karyerasını başa vurmuşdu.

O, "Neftçi"də komanda yoldaşı olmuş yaxın tanışı Cavid İmamverdiyevin istəyilə "Haypers Quba"ya keçidinə razılıq verib.

İmamverdiyev ötən ildən şərəfini qoruduğu klubun kapitanıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
21
sportinfo.az

1Sources