EN

Yük maşını ilə sərnişin avtobusu toqquşub -Qazaxıstanda

Qazaxıstanda yük maşını və sərnişin avtobusu toqquşub.

İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə saatlarında Aktobe vilayətinin eyniadlı rayonunun İrgiz kəndindən 40 km aralıda, Samara-Şımkent avtomobil yolunun bağlı hissəsində yük maşını Ufadan Səmərqənd istiqamətində hərəkət edən sərnişin avtobusu ilə toqquşub.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəli avtobusda olan 33 Özbəkistan vətəndaşını yolun təhlükəsiz açıq hissəsində yerləşən əvəzedici avtobusa təxliyyə ediblər. Tələfat yoxdur”, - deyə məlumatda bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
19
ikisahil.az

1Sources