Tanınmış aparıcı Fərid Rəsul növbəti dəfə avtomobillə uzun səyahətə çıxıb. Bu dəfə onun səfəri müqəddəs Məkkəyə olub.
Yenisabah.az xəbər verir ki, Fərid bu barədə sosial şəbəkədə paylaşım edib. O, 1977-ci il istehsalı olan “QAZ-24” markalı avtomobillə Azərbaycandan Məkkəyə qədər 5 000 kilometr yol qət etdiyini bildirib.
“Salam, Məkkə. Beləliklə, 1977-ci ilin “QAZ-24” ilə Azərbaycandan Məkkəyə 5 000 kilometr sürüb çatdıq. Məncə, bu ilk oldu. Çətin olsa da biz bunu bacardıq. Missiya tamamlandı”, – deyə aparıcı qeyd edib.
Telegram kanalımız