Valeri Karpin bundan sonra yalnız bir komandanı çalışdıracaq.
O, “Rostov”dan ayrılıb. Bu haqda Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Karpin həm də 2021-ci ildən Rusiya yığmasını çalışdırır. 55 yaşlı mütəxəssis “Rostov”u iki komandada işləməyin çətinliyinə görə tərk edib.
Karpin 2022-ci ildən bu komandanın baş məşqçisi idi. “Rostov” hazırda premier-liqada 18 turdan sonra 26 xalla 7-ci yeri tutur.