EN

"Utandığımdan, səsimi çıxarmıram" - KÜTLƏVİ NARAZILIQ

"Kəpəz”ə avtobus alınması üçün ianə edən azarkeşlərin intizarının başa çatmasını xəbər vermişdik.

Futbolun İnkişaf Fondunun 2022-ci ilin payızında başlatdığı “100k” layihəsi çərçivəsində şəxsi vəsaitindən keçən şəxslərin fotoları klubun avtobusunun üzərinə yapışdırılıb.

Amma 11 aylıq həsrətin başa çatması fanatların heç də ürəyincə olmayıb.

Gəncəli azarkeşlərin iradını Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyevin "feysbuk" hesabında paylaşdığı "Kapaz 100k" layihəsi ilə bağlı postun rəy bölümündə görmək mümkündür.

"Biabırçılıqdır vallah. Vurulmasaydı ondan yaxşı idi. İnşallah, yeni rəhbərlik bu avtobusu təmiz yox edib, yenisini alar".

"Bu nədir siz Allah? Yaxşı təşəbbüsdür, amma belə bayağı dizaynda vurmasaydınız daha çox dəyər qatmış olardınız. Hindistan küçələrində divarlara yapışdırılmış reklam kağızlarına oxşadı. Yenə də yaxşı təşəbbüsdür".

  

Chosen
24
2
turanpress.com

3Sources