EN

Analitiklərin "Broadcom" ilə bağlı hesabat öncəsi gözləntiləri

"Broadcom" (AVGO) cümə axşamı, bazar bağlandıqdan sonra maliyyə ilinin I rübü üzrə nəticələrini açıqlayacaq.

Valyuta.Az xəbər verir ki, bu barədə "Investopedia" məlumat yayıb.

 Analitiklər çip istehsalçısının səhmlərinə əsasən müsbət yanaşırlar, baxmayaraq ki, son dövrlərdə dəyərində azalma müşahidə olunub.  

"Visible Alpha" tərəfindən izlənilən 13 analitikdən yalnız biri "saxla" ("hold") reytinqi verib, digərləri isə "al" ("buy") və ya ekvivalent tövsiyə irəli sürüblər. Analitiklərin ortaq qiymət hədəfi 259 dollar səviyyəsindədir ki, bu da cümə günü bağlanış qiyməti olan 199,45 dollardan təxminən 30% artım potensialı deməkdir.  

"Broadcom"un rüb üzrə gəlirlərinin illik 22% artaraq 14,61 milyard dollara, tənzimlənmiş xalis gəlirinin isə keçən ilki 5,25 milyard dollardan 7,39 milyard dollara yüksələcəyi gözlənilir.  

Bu nəticələr "Nvidia" və digər süni intellekt sahəsində fəaliyyət göstərən çip şirkətlərinin səhmlərinin ötən həftə ucuzlaşmasından sonra açıqlanacaq. İnvestorlar "Nvidia"nın hesabatına və yeni tarif elanlarına reaksiya olaraq səhmləri kütləvi şəkildə satıblar. Şirkətin göstəriciləri "Wall Street" analitiklərinin gözləntilərini üstələsə də, investorlar süni intellekt sahəsinə yönələn xərclərlə bağlı qeyri-müəyyənlik və Tramp administrasiyasının tariflər və AI çip ixracı ilə bağlı siyasətinin mümkün təsirlərindən narahatdırlar.  

Keçən həftə "Broadcom" səhmləri 9% ucuzlaşıb və dekabr ayında tarixi maksimuma çatdıqdan sonra dəyərinin təxminən dörddə birini itirib.  

Rəhim

Chosen
35
valyuta.az

1Sources