EN

Zelenski bu ərəb ölkəsinə getdi  

Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Parol.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.

“Daha çox vətəndaşımızın əsirlikdən vətənə qayıtması prioritetdir,” – Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, BƏƏ-yə səfərin məqsədi həm də investisiyalar, iqtisadi tərəfdaşlıq və “böyük humanitar proqram”ı müzakirə etməkdir.

Chosen
74
parol.az

1Sources