EN

ABŞ-də güclü yağışlar: Azı 9 nəfər öldü  

ABŞ-nin Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

Parol.az xəbər verir ki, Kentukki ştatında 8, Corciyada isə 1 nəfər təbii fəlakət nəticəsində həlak olub.

Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.

Kentukki ştatının bəzi ərazilərində suyun səviyyəsi rekord həddə çatıb və yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamaq məcburiyyətində qalıb.

Chosen
56
parol.az

1Sources