EN

Tacikistanda parlament və yerli qanunverici orqanlara seçkilər başa çatıb

Bakı. Trend:

Tacikistanda parlamentin aşağı palatasına, eləcə də regionların,şəhərlərin, rayonların və kəndlərin qanunverici orqanlarınaseçkilər yekunlaşıb.

Trend yerli KİV-əistinadən xəbər verir ki, ölkədə saat 20:00-da (Bakı vaxtı ilə19:00) 3 513 seçki məntəqəsi bağlanıb. 14 saat davam edən səsvermənəticəsində vətəndaşlar birmandatlı dairələrdən 41, ümumrespublikadairəsindən isə 22 deputat seçiblər. Ümumilikdə 63 yer uğrunda 220namizəd, o cümlədən 65 müstəqil namizəd mübarizə aparıb.

Tacikistanın Mərkəzi Seçki və Referendum Komissiyasının (MSRK)sədri Baxtiyer Xudoyorzoda seçkilərin artıq 12:00-dək (Bakı vaxtıilə 11:00) seçicilərin 59 %-nin iştirakı ilə baş tutduğunu elanedib. Tacikistan qanunvericiliyinə görə, seçkilərin etibarlı hesabolunması üçün seçicilərin yarıdan çoxunun səs verməsikifayətdir.

Ölkədə yeddi qeydiyyatdan keçmiş partiyadan altısı seçkilərə öznamizədlərini irəli sürüb. Bunlar Prezident Emoməli Rəhmonunrəhbərlik etdiyi Xalq Demokratik Partiyası, eləcə də Aqrar,Demokratik, Kommunist, Sosialist partiyaları və İqtisadi İnkişafPartiyasıdır. Müxalif Sosial-Demokrat Partiyası isə seçkilərdəiştirak etməyib.

Seçkilərin monitorinqi ilə bağlı ATƏT-in Demokratik Təsisatlarvə İnsan Hüquqları Bürosu (DTİHB) missiyası Tacikistandakıseçkiləri ilk dəfə müşahidə etməyib. Həmçinin, Tacikistanhakimiyyəti “Radio Ozodi”, BBC, “Asia-Plus” və digər mediaqurumlarını “akkreditasiya müddətinin qaçırılması” səbəbiləakkreditə etməkdən imtina edib. Mərkəzi Seçki Komissiyası yalnızrəsmi akkreditə olunmuş media qurumlarının məlumatlarındanistifadəni tövsiyə edib. Seçkiləri işıqlandırmaq hüququ yalnızyerli dövlət mediasına və Rusiyanın bəzi agentliklərinəverilib.

Seçkilərin ilkin nəticələri martın 3-də açıqlanacaq.

Chosen
15
az.trend.az

1Sources