EN

Bir zənglə 17 min manatı OĞURLANDI: Polis araşdırmaya başladı - VİDEO

Bakı sakini Natavan Həsənovanın kartında olan külli miqdarda pul oğurlanıb.

Avtosfer.az-ın məlumatına görə, zərərçəkmiş deyir ki, xarici operatorlardan birinə məxsus nömrədən görüntülü zəng gəlib. Telefonu açıb həmin şəxslə danışarkən qəfildən telefonu sönüb.

Natavan Həsənova dərhal başına gələnlərlə bağlı yaşadığı ərazi üzrə Suraxanı rayon 32-ci polis bölməsinə məlumat verib. Qadın deyir ki, oğurlanan 17 min 51 manat pulu Rusiyada işləyən oğlu göndəribmiş və vəsaiti burada bank hesabına yatırıbmış. İndi zərərçəkmiş kiberdələduzlara səslənərək pulunun qaytarılmasını tələb edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, ərazi üzrə polis orqanında araşdırma aparılır. Nazirlikdən o da qeyd edildi ki, vətəndaşlar kibercinayətklarlıqla bağlı xəbərdarlıqlara əməl etməyə, tanımadıqları şəxslərə bank kartı məlumatlarını verməməyi tövsiyə edirik.

Daha ətraflı videomaterialda.

Chosen
66
10
avtosfer.az

10Sources